00
Yazı Detayı
30 Ocak 2024 - Salı 08:56
 
(Avrupa Konseyi Parlamenterler Asamblesi)
Lamiyə Rövşənqızı
hamdiacet
 
 

(Avrupa Konseyi Parlamenterler Asamblesi) AKPA'daki gösteri: Avrupa'nın ikiyüzlü politikasının gerçek nedenleri / Lamiyə Rövşənqızı 1

 

AKPA’nın, Azerbaycan Devleti’nin temsilci heyetinin itimatnamesini kabul etmemesi ile ilgili karar, aslında bu kurumda konuyla alakalı sorunu gündeme getiren güçlerin, demokratik ve ilerici bir toplum inşa etme adıyla yetkilerini kullanarak, köklerini istikrar ve barıştan alan bir ülkenin zafer ve başarılarının sindirilemeyeceğini gösteren bir başka gösteri, ikiyüzlülüğün göstergesidir.

 

Bu hususta gayret gösteren ülkelerde ister ekonomik, isterse de insan hakları konularındaki durumun hiç de iç açıcı olmadığı ortada. Bunun için dünya medyasının gündemini takip etmek yeterli. Kendilerini olanlara tepkisiz kalmadığını göstererek, kabul edilen kararda defalarca "kaygılarını" dile getiren gösterge katılımcıları, belki de kendi ülkelerinde ortaya çıkan, uluslararası hukuka aykırı ve dünyada hüküm süren insan haklarının ezilmesi nedeniyle baş veren sayısız ayaklanmalardan dikkatleri başka yöne çekmeyi amaçlıyor olabilirler.

 

Arazisi bölünmüş, en yakın tarihte otuz yıl boyunca toplu katliamlara, soykırımlara maruz kalmış, ekonomisi, ordusu ve maneviyatı yerle bir edilmiş bir ülkenin güçlenmesi, haklarını araması, savaş vererek işgal altındaki topraklarını geri kazanması, kendi gücü ve ekonomisiyle düşman tarafından yerle bir edilmiş alanlarını yeniden inşa etmesi AKPA'nin “barış sever” ve “hayır sever” temsilcilerini acaba neden memnun etmiyor? Her hangi faşizme karşı kazanılan zafer bir başarı, Avrupa için demokratik bir toplumun inşasına daha iyi bir katkı değil midir?

 

Avrupa Birliği'nin demokrasi ve dünya barışı için hiçbir şey yapmayan “gösteri” sergileyenleri, Azerbaycan hükümetinin ve bu ülkenin başkanının yürüttüğü politikanın garanti ve destekçisinin, otuz yıllık acıları ve şehit kanları bahasına kurtulan Azerbaycan halkı olduğunu unutmamalılar. Yeterli siyasi bakış açısına ve çok kültürlü değerlere sahip olan Azerbaycan halkı, son üç yılda kendi kaderini ve egemenliğini belirleyebileceğini tüm dünyaya açıkça göstermiştir.

 

Azerbaycan'ın dünü de, bugünü de, yükselişi de göz önünde.

Bizim hiç bir zaman gizli, kılık değiştirmiş, örtülü, ikiyüzlülükle süslenmiş politikamız olmadı. Fakat Azerbaycanlılara ve Azerbaycan halkına karşı haksız bir tutuma sürekli tanık oluyoruz. Bugün Ermeni faşizmine maruz kalan, topraklarından sürülen, milli-kültürel, miras ve manevi değerleri yok edilen milyonlarca Batı Azerbaycanlı’nın haklarının bozulmasının Avrupalı “insan hakları savunucuları”nı rahatsız etmemesi bilinen bir konudur. Azerbaycan'ın otuz yıldır yaşadığı acısı olan toplu katliamlardan, insanlık için utanç kaynağı olan “Hocalı Soykırımı”ndan, Karabağ'da hâlâ bulunan, işkenceyle öldürülen uygar insanların mezarları bu gün için kimleri rahatsız ediyor?

 

Maalesef anlatılanlar abartılmış ya da yanlış bilgiler değil, acı gerçeklerdir. Azerbaycan ve Azerbaycanlıların acısı ve gerçeği. Fakat başka gerçekler de var. Dolayısıyla doğduğu topraklara hasret kalan bir Batı Azerbaycanlısı olarak, bu hatırlatmayı yapmayı görevim diye biliyorum. Acaba asılsız bilgilerle dünya kamuoyunun yanlış bilgilendirmeğe çalışan AKPA temsilcilerinin kendi ülkelerinden haberleri var mı?

 

Azerbaycan Temsilci Heyeti’nin itimatnamesinin onaylanmamasını öneren Alman heyetinin milletvekili Frank Şvabe'nin (Frank Schwabe) iddiaları, bu konuda ikiyüzlülüğün en üst noktası, Azerbaycan'a karşı düzenlenen önyargı gösterisinin en iğrenç sahnesi sayılabilir. Onun dediğine göre Azerbaycan'da siyasi tutuklular var ve biz Ermenileri Karabağ'dan zorla çıkarmışız onları. AKPA temsilçilerinin Azerbaycan’a ziyareti üç kez gerçekleşmemiş, AKPA temsilçileri 7 Şubat'ta baş tutacak cumhurbaşkanlığı seçimlerine davet edilmemişlermiş.

 

Yani dünyanın savaşlara maruz kaldığı, milyonlarca insanın, kadının, çocuğun öldürüldüğü kanlı münakaşalar bir yanda kalmış, Güney Kafkasya'ya barış getirmek için barış anlaşması imzalamayı kabul eden Azerbaycan'a destek verilmesi hiç düşünülmüyor bile. Eğer bu tür ayrıntılar küresel sorunların önlenmesi açısından gerçekten önemliyse, sayın Şvabenin biraz da kendi ülkesine dikkat etmesi gerekiyor. Örneğin dünyanın önde gelen medya dijitallarında Almanya'da olup bitenlerle ilgili şok edici gerçekler yer alıyor.

 

Sayın Şvabe, kiliselerinizde yaşanan utanç verici olayların farkında mısınız? Resmi soruşturma dosyalarında yer alan bilgilere göre hem Katolik hem de Evanjelik kiliselerinde cinsel şiddet mağduru sayısı 2225 kişiye ulaşmış. Bunun henüz yaşananların görünen kısmı olduğu, mağdur sayısınınsa arttığı söyleniyor. Veya ülkenizdeki çiftçilerin geçen yıldan bu yana süren protestolarından ve durgunluğa giren Alman ekonomisinden bahsetmek daha doğru olurdu. Göçmenler pahasına nüfusunu artıran ve kendisini yardımsever bir devlet olarak göstermeye çalışan Almanya'nın, başarısız politikasının ağır sonuçlarını yaşadığını hakta bilgiliyiz.

 

Yapabileceğiniz en iyi şey, kışkırttığınız ve savaş alanında yarıda bıraktığınız Ukrayna'nın kaderini tartışmaktır. Sizinle aynı fikirde olan Fransa, yaygın rüşvet nedeniyle Ukrayna'ya silah satışına son verilmesini tartışıyor. Cezayir gibi tarihinin kara lekesini temizlemek yerine Güney Kafkasya'ya işlerine karışan Fransa Cumhurbaşkanı Macron, eşcinsel arkadaşını başbakanlık görevine getirerek "örnek" olmak istiyorsa, siz de buna katılabilirsiniz. Fakat kendi milli değerlerine sahip bir ülkede bunu kimse kabullendirecek güce sahip değildir. Bizim kendi yasalarımız, kendi yolumuz var. Eğer temsil ettiğiniz kurum bu iğrenç, insanlık dışı, mutasyona uğramış düşünceyle şekillenmeye devam edecekse elbette Azerbaycan gibi kozmopolit, insani niteliklere değer veren bir ülkenin yanınızda yer alması mümkün değildir.

 

Ermenilerin Karabağ'dan zorla sürülmesi konusuna gelince, sayın AKPA temsilcileri, hatırlarsanız Azerbaycan Temsilci Heyeti 2018 yılında Ermenilerin açtığı ateş sonucu büyükannesi ile birlikte katl edilen iki yaşındaki Zahran'ın fotoğraflarını sunmuş, savaşta mağdur olan, öldürülen ve Azerbaycan'da mülteci olarak yaşayan çocuklardan bahsetmişti. O anda olanlara sessiz kaldınız. “Hocalı Katliamı”na da göz yumduğunuz gibi. Sonunda adaleti kendimiz sağladık. Ama hâlâ vatanına, dedesinin mezarına hasret kalanlar var. Bugünkü Ermenistan'dan, tarihi topraklarından kovulan binlerce Batı Azerbaycanlı, herhangi bir toprak talebinde bulunmadan anayurtlarına dönmek istiyor. Çünkü bizi dedelerimizin topraklarından zorla çıkardılar!!!

 

Şimdi sıra Cumhurbaşkanlığı seçimlerinde...

Azerbaycan liderinin sözü ve imzası bu millet için her zaman değerli ve önemlidir! Azerbaycan halkı 7 Şubat'ta seçime değil, Milli Kahramanına, Ali Başkomutanına olan vefa borcunu ödemek için gidecek.

 

AŞ PA-dakı şou - Avropanın ikiüzlü siyasətinin gerçək motivləri / Lamiyə Rövşənqızı 2

AŞ PA - nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini qəbul etməməsi ilə bağlı qətnamə əslində bu qurumda mövzu ilə əlaqədar məsələ qaldıran qüvvələrin demokratik və mütərəqqi cəmiyyət qurma adı altında əlindəki səlahiyyətlərdən istifadə edib, sabitliyə və sülhə köklənmiş bir ölkənin qələbələri və uğurlarının həzm oluna bilmədiyini göstərən növbəti şou, riyakarlıq göstərişidir.

 

 

Bu xüsusda canfəşanlıq edən ölkələrdə istər iqtisadi, istərsə də insan hüquqları ilə bağlı məsələlərdə vəziyyətin heç də ürəkaçan olmadığı sirr deyildir. Bunun üçün dünya media arenasının gündəmini izləmək kifayətdir. Özünü canıyanan göstərib, qəbul olunan qətnamədə dəfələrlə "narahatlıqlarını" qeyd edən şou iştirakçıları bəlkə də bununla öz ölkələrində baş verən beynəlxalq hüquqa zidd olan və dünyanın gündəmini zəbt edən insan haqlarının əzilməsi səbəbilə alovlanan saysız iğtişaşlardan diqqəti yayındırmaq məqsədi güdürlər.

 

Ərazisi parçalanmış, ən yeni tarixdə 30 il boyunca kütləvi qətliamlara, soyqırıma məruz qalmış, iqtisadiyyatı, ordusu, mənəviyyatı çökdürülmüş kiçik bir ölkənin güclənməsi, haqqını tələb etməsi, heç bir xarici dəstək olmadan müharibə edib işğal olunmuş torpaqlarını geri qaytarması və bununla da yetinməyib, öz iqtisadiyyatı hesabına yerlə bir edilmiş yaşayış məskənlərini yenidən, sıfırdan inşa etməsi görəsən AŞ PA-nın "sülhsevər" "insansevər" nümayəndələrini niyə sevindirmir? Məgər faşizm üzərində qələbə uğur deyilmidir?! Avropaya, demokratik cəmiyyət quruculuğuna inteqrasiya yolunda bundan gözəl töhfə ola bilərmi?

 

Avropa Birliyinin yalnız pafosla, nə demokratiya nə də dünyada sülh üçün ortaya heç bir əməli iş qoymayan “şoumenləri” unutmasınlar ki, Azərbaycan hökumətinin və bu ölkənin başçısının yürütdüyü siyasətin qarantı da, dəstəkçisi də 30 illik iztirabdan alnının ağı və şəhidlərinin qanı ilə qurtulan məhz Azərbaycan xalqıdır. Yetərincə siyasi dünyagörüşə və multikultural dəyərlərə malik olan Azərbaycan xalqı öz taleyini, suverenliyini bəlirləmək iqtidarında olduğunu son üç ildə bütün dünyaya açıq şəkildə göstərdi. Azərbaycanın dünəni də, bu günü də, inkişaf şkalası da göz qabağındadır. Bizim gizli, maskalanmış, pərdələnmiş və riyakarlıqla süslənmiş siyasətimiz heç zaman olmadı. Hansı ki, azərbaycanlılara və Azərbaycan xalqına qarşı müntəzəm olaraq ədalətsiz mövqenin şahidi oluruq. Bu gün erməni faşizmindən əziyyət çəkən, öz yurd-yuvalarından didərgin salınan, milli-mədəni, irsi, mənəvi dəyərləri məhv edilmiş milyonlarla qərbi azərbaycanlının hüquqlarının avropalı “hüquqsevərləri” narahat etməməsi olduqca tanış mövzudur. Azərbaycanın 30 ildə məruz qaldığı kütləvi qırğınlar, insanlığın utanc yeri olan Xocalı soyqırımı, Qarabağda hələ də aşkar edilməkdə olan işgəncə ilə öldürülmüş sivil insanların məzarlıqları indiyədək kimi narahat etdi ki?

 

Təəssüf ki, sadalananlar pafos və ya yalan məlumat yox, acı reallıqdır. Azərbaycan və azərbaycanlıların acısı və reallığı. Lakin digər reallıqlar da var. Odur ki, doğulduğu torpağa həsrət qalan bir qərbi azərbaycanlı olaraq, bu xatırlatmanı diqqətə çatdırmağı özümə borc bilirəm. Olan-olmazla, həqiqətə uyğun olmayan məlumatlarla dünya ictimaiyyətinin gözünə kül üfürməyə çalışan AŞ PA təmsilçilərinin görəsən öz ölkələrindən xəbərləri varmı?

 

Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini təklif edən Almaniya nümayəndə heyətindən deputat Frank Şvabenin (Frank Schwabe) bu xüsusdakı arqumentlərini riyakarlığın pik həddi, Azərbaycana qarşı təşkil olunmuş qərəzli şounun ən iyrənc səhnəsi hesab etmək olar.Onun sözlərinə görə, Azərbaycanda siyasi məhbuslar var, erməniləri Qarabağdan zorla çıxarmışıq, AŞ PA həmməruzəçilərinin Azərbaycana səfəri 3 dəfə baş tutmayıb və fevralın 7-də keçiriləcək prezident seçkilərinə AŞ PA nümayəndələri dəvət olunmayıb. Yəni dünyanın müharibələr məngənəsində alovlandığı, milyonlarla insanın, körpələrin qırıldığı qanlı iğtişaşlar qalıb bir yanda, Cənubi Qafqaza sülh gətirib barışıq sazişi imzamalağa razılıq verən Azərbaycana dəstək olmaq keçib arxa plana, adamı “narahat” edən məsələyə bax! Əgər həqiqətən qlobal problemləri önləyəcək bu kimi detallar önəm daşıyırsa, yaxşı olar ki, cənab Şvabe bir az da öz ölkəsindən danışsın. Məsələn, dünyanın aparıcı media portallarında Almaniyada baş verənlər haqda həqiqətən insanı şoka salacaq faktlar yer almaqdadır.

 

Cənab Şvabe, kilsələrinizdə baş verən utancverici olaylardan xəbəriniz varmı? Rəsmi təhqiqat materiallarındakı məlumatlara əsasən, istər Katolik, istərsə də Evangelist kilsələrində seksual zorakılığa məruz qalmış qurbanların sayı 2225 nəfərə çatıb. Deyilənə görə, bu hələ aysberqin görünən tərəfidir, zərərçəkmişlərin sayı getdikcə artır. Və yaxud, ölkənizdəki fermerlərin ötən ildən bu günədək davam edən etiraz aksiyalarından, tənəzzülə doğru gedən Almaniya iqtisadiyyatından danışılsaydı, daha məqsədəuyğun olardı. Miqrantların hesabına əhali sayını çoxaldan, özünü yardımsevər dövlət kimi təqdim etməyə çalışan Almaniyanın bu sahədə də uğursuz siyasətinin ağır nəticələrini yaşaması haqda kifayət qədər məlumatlıyıq.

 

Siz ən yaxşısı, müharbəyə təhrik edib yarıyolda qoyduğunuz Ukraynanın taleyini müzakirə edin. Sizinlə həmfikir olan Fransa Ukraynada tüğyan edən korrupsiyaya görə bu ölkəyə silah satışını dayandırmağı müzakirə edir. Tarixinin Əlcəzair kimi qara ləkəsini təmizləmək əvəzinə, burnunu Cənubi Qafqaza soxmağa çalışan Fransa prezidenti Makron, baş nazir postuna gey yoldaşını gətirməklə, “örnək” olmaq istəyirsə, bu trendə siz də qoşula bilərsiniz. Amma heç kim öz milli dəyərləri olan bir ölkəyə bunu qəbul etdirmək ixtiyarında və iqtidarında deyil. Bizim öz qanunlarımız, öz yolumuz var.

 

Əgər təmsil etdiyiniz qurum bu iyrənc, qeyri-insani, mutasiyaya uğramış düşüncə ilə formalaşmağa davam edəcəksə, təbii ki, Azərbaycan kimi kosmopolit olduğu qədər, bəşəri keyfiyyətlərə önəm verən bir ölkənin sizinlə bir sırada dayanması qeyri-mümkün və arzuolunmazdır.

 

Ermənilərin Qarabağdan zorla çıxarılmalarına gəlincə, hörmətli AŞ PA nümayəndələri, xatırlayırsınızsa, 2018-ci ildə Azərbaycan nümayəndə heyəti ermənilərin açdığı atəş nəticəsində nənəsi ilə birgə öldürülən 2 yaşlı Zəhranın fotolarını təqdim edib, Azərbaycanda müharibədən əziyyət çəkən, qətl edilən, qaçqınlıq həyatı yaşayan körpələrdən söz açmışdılar. Həmin vaxt da səssiz qaldınız. Xocalıya göz yumduğunuz kimi. Nəhayət ədaləti özümüz bərpa etdik. Amma hələ də doğulduğu Vətəninə, babalarının məzarına həsrət qalanlar var. İndiki Ermənistandan, öz tarixi torpağından qovulan minlərlə qərbi azərbaycanlı heç bir torpaq iddiası qaldırmadan öz yurdumuza qayıtmaq istəyirik. Axı bizi də zorla çıxarıblar!!!

 

 

O ki, qaldı, prezident seçkilərinə..

Azərbaycanın liderinin sözü və imzası bu xalq üçün hər zaman dəyərli və önəmlidir! Çünki bu imza Dəmir Yumruqla atılır! Fevralın 7-də isə bu yumruq daha möhkəm, monolit olacaq! Bir sırada dayanmağa lüzum bilmədiklərimiz bu təntənəni müşahidə etməsələr də olar! Azərbaycan xalqı fevralın 7-də seçkiyə yox, öz Milli Qəhrəmanına vəfa börcunu ödəmək üçün gedəcək.

1 Serbest Gazeteci, Batı Azərbaycan İcması Kurumunun Çalışanı

2 Müstəqil jurnalist, Qərbi Azərbaycan İcması Aparatının əməkdaşı

 
Etiketler: (Avrupa, Konseyi, Parlamenterler, Asamblesi), ,
Yorumlar
Yazarın Diğer Yazıları
Haber Yazılımı 0